Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” təqaüd müsabiqəsində intervü mərhələsinə keçən namizədlər müəyyənləşib

Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” təqaüd müsabiqəsi üzrə növbəti seçim mərhələsi uğurla yekunlaşıb. Bu mərhələ çərçivəsində Fondun Himayəçilik Şurasının üzvləri ilk mərhələdən uğurla keçən 37 nəfərin müraciət formalarını (yazdıqları esseləri) qiymətləndirib. Aparılan qiymətləndirmənin nəticələrinə əsasən 13 nəfərin intervüyə dəvət olunması qərara alınıb.

Qeyd edək ki, Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” təqaüd müsabiqəsinin növbəti mərhələsi ilə bağlı məlumatlar Fondun rəsmi kommunikasiya kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.