"Huma Quşu" Fondu və Milli Konservatoriya nümayəndələri iftar süfrəsində bir araya gəliblər
Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində "Huma Quşu" ailəsi Azərbaycan Milli Konservatoriyasından gələn dəyərli qonaqlar – tələbələr və təşkilatçılarla bir araya gəlib.
Həmrəylik və səmimi mühitdə keçən görüş zamanı tərəflər təkcə iftar süfrəsini deyil, həm də mənəvi birliyi paylaşıblar. Görüş çərçivəsində martın 12-də keçiriləcək xatirə axşamına hazırlıq işləri müzakirə olunub. Həmçinin konservatoriyanın istedadlı tələbələrinin təqdim etdiyi musiqi töhfələri dinlənilib, iştirakçılar birlikdə mahnılar oxuyaraq mənəvi istirahət ediblər.
Paylaşmağın və birliyin gücünün vurğulandığı bu görüşün sonunda bütün qonaqlara təşəkkür edilib, birliyin və həmrəyliyin önəmi vurğulanıb.