"Huma Quşu" Təhsilə Yardım Fondu (Fond) və "Div Academy" (akademiya) arasında birgə layihələrin icrası üçün memorandum imzalandı.
Memorandum çərçivəsində tərəflər gənclərin süni intellekt, innovasiya və proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq edəcəklər.
Birgə təşəbbüslər vasitəsilə gənclərin müasir IT təhsilinə çıxış imkanlarının genişləndirilməsi və onların gələcək karyera imkanlarının artırılması hədəflənir.
Tərəflər bildiriblər ki, bu əməkdaşlıq innovativ təhsil mühitinin və ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verəcək.
Qeyd edək ki, qurumlar arasında əməkdaşlıq Akademiyanın təşəbbüsü ilə 2025-ci ildən etibarən Fondun fəaliyyətinə dəstək məqsədilə başlayıb. Əməkdaşlıq çərçivəsində Fondun müsabiqələrində iştirak etmiş tələbələrə və Fondun müsabiqədənkənar “Qazilərin İT təhsilinə dəstək” proqramı çərçivəsində qazilərə informasiya texnologiyalarının müxtəlif istiqamətlərində kurslar təqdim olunub.