“Gəl səndən danışaq, Humay” xatirə gecəsi İctimai TV-nin efirində işıqlandırılıb
İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” proqramında Humay Quliyevanın xatirəsinə həsr olunmuş “Gəl səndən danışaq, Humay” adlı xatirə axşamından bəhs edən xüsusi süjet yayımlanıb.
Azərbaycan Milli Konservatoriyası və “Huma Quşu” Təhsilə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirə həsr olunmuş süjetdə gecənin ən təsirli və yaddaqalan məqamları geniş tamaşaçı auditoriyasına təqdim olunub. Efir materialında xatirə axşamında səslənən musiqi töhfələri, Humay Quliyevanın yaxınlarının, dostlarının və sənət yoldaşlarının onun işıqlı obrazı ilə bağlı səmimi xatirələri yer alıb.
Qeyd olunub ki, tədbirin əsas qayəsi yüksək intellekti və mənəvi zənginliyi ilə seçilən Humayın ömür yolunu gənclərə nümunə olaraq göstərməkdir. Süjetdə həmçinin Azərbaycanın tanınmış incəsənət xadimlərinin və konservatoriya tələbələrinin ifaları nümayiş etdirilib.
“Huma Quşu” Təhsilə Yardım Fondu İctimai TV rəhbərliyinə və “Sabahın xeyir, Azərbaycan!” verilişinin yaradıcı heyətinə öz təşəkkürünü bildirir.