“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Qrant Müsabiqəsi: Yaz Çağırışı" elan edir.

📢“Huma Quşu” Təhsilə Yardım Fondu Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Qrant Müsabiqəsi: Yaz Çağırışı" elan edir.

🎓 M ü s a b i q ə n i n ş ə r t l ə r i

Təqaüd üçün kimlər müraciət edə bilər?

🔹 Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;

🔹 Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;

🔹 Yüksək təhsil nəticələrinə malik olanlar (4.0 GPA üzərindən 3.2 bala malik və ya 100 ballıq sistemdə ən az 85 bal toplayanlar);

🔹 Ailə üzvlərinin gəliri adambaşına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələr “Huma Quşu” Fondunun saytından (https://humagushu.az/az/Apply) yüklənə bilər.

📝 Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - 🔗 https://humagushu.az/az/essay

Sualların cavablandırılması ilə yanaşı 📧 humagushufund@gmail.com elektron poçt ünvanına aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

  1. Ən yeni qiymət cədvəli
  2. Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu
  3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)
  4. Ailə üzvləri haqqında məlumat
  5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://t.ly/rzJBp)

❗Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

❗Qrantın sayı: 5

❗Qrantın məbləği: Hər biri 2500 AZN-ə qədər

❗E-ərizələrin son təqdimetmə tarixi: 15 iyun 2024-cü il

🗓️ Seçim mərhələləri:

- Təqdim olunan müraciət və sənədlərin müzakirəsi 📑

- İntervü 📕

- Qaliblərin elan olunması 🏆

Qrant müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləyə bilərsiniz. Müraciət prosesi barədə əlavə məlumat üçün 📧 humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz ✅