“Huma Quşu” Fondu yeni təqaüd müsabiqəsi elan edir

“Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsi elan edilir.

Müsabiqədə uğur qazanacaq 4 şəxs hər biri 2500 AZN məbləğindəki təqaüdlə mükafatlandırılacaq.

Müsabiqənin şərtləri

Təqaüd üçün kimlər müraciət edə bilər?

Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;

Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;

Yüksək akademik göstəricisi olanlar;

Ailə üzvlərinin gəliri adambaşına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələri “Huma Quşu” Fondunun saytından (https://humagushu.az/az/Apply) yükləmək mümkündür.

Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - https://humagushu.az/az/essay

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.com elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

1. Ən yeni qiymət cədvəli

2. Azərbaycan və ya ingilis dillində, yerli və ya xarici müəssisədən iki tövsiyə məktubu

3. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

4. Ailə tərkibi haqqında arayış

5. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://t.ly/rzJBp)

Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

E-ərizələrin son təqdimetmə tarixi: 15 iyun 2025-ci il

Seçim mərhələləri:

  • Təqdim olunan müraciət və sənədlərin müzakirəsi
  • İntervü
  • Qaliblərin elan olunması

Qeyd edək ki, Azərbaycanda təhsil alan tələbələrin tövsiyə məktubları Azərbaycan dilində, xaricdə təhsil alanların tövsiyə məktubları isə ingilis dilində olmalıdır. Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləyə bilərsiniz. Müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz