“Humayın təhsil ADAsı” təqaüd proqramının əhatə dairəsi genişləndirildi

“Huma Quşu” Təhsilə Yardım Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. İclasda qəbul edilən qərara əsasən, ADA Universiteti ilə birgə həyata keçirilən “Humayın təhsil ADAsı” magistr təqaüdü proqramının əhatə etdiyi ixtisasların siyahısı genişləndirilib.

Gənclərin müasir texnologiyalar və mühəndislik sahəsində təhsilinə dəstək məqsədilə proqrama aşağıdakı ixtisaslar da əlavə edilib:

* Kompüter elmləri və data analitikası (Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı);

* Elektrik və elektroenergetika mühəndisliyi;

* Kompüter mühəndisliyi və yüksək məhsuldarlıqlı hesablama sistemləri.

Xatırladaq ki, təqaüd proqramı çərçivəsində seçilən 3 nəfər magistranta 5000 AZN məbləğində maliyyə dəstəyi göstəriləcək. Müsabiqədə yüksək akademik göstəriciləri olan, lakin ailəsinin aylıq gəliri adambaşına 500 AZN-dən az olan 16-35 yaş arası gənclər iştirak edə bilər.

Elektron müraciət forması və sənədlərin qəbulu 15 aprel 2026-cı il tarixinədək davam edəcək.

Ətraflı məlumat və müraciət üçün: https://humagushu.az/az/newsdetails?id=8072