“Huma Quşu” Fondu və ADA Universiteti “Humayın təhsil ADAsı” təqaüd proqramını elan edib

“Huma Quşu” Təhsilə Yardım Fondu ADA Universiteti ilə birgə bu universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün “Humayın təhsil ADAsı” təqaüd proqramını elan edir. Təqaüd proqramı çərçivəsində 3 nəfər tələbə 5000 AZN məbləğində maliyyə dəstəyi ilə mükafatlandırılacaq.

Təqaüdün əhatə etdiyi ixtisaslar

İngilisdilli ixtisaslar:

Diplomatiya və beynəlxalq münasibətlər

Dövlət idarəetməsi

Təhsil üzrə menecment

Təlim və tədrisin təşkili və metodikası

Kənd təsərrüfatı və qida sistemləri üzrə menecment (İtaliyanın Bolonya Universiteti ilə birgə)

Qlobal menecment və siyasət (İtaliyanın LUISS Universiteti ilə birgə)

Menecment (heyətin idarə edilməsi)

Hüquqşünaslıq

Azərbaycandilli ixtisaslar:

Dövlət idarəetməsi

Təhsil üzrə menecment

Təlim və tədrisin təşkili və metodikası

Kimlər müraciət edə bilər?

Təqaüd proqramında aşağıdakı şəxslər iştirak edə bilərlər:

Azərbaycan Respublikasının vətəndaşı olan, Azərbaycanda və ya xaricdə yaşayan 16–35 yaş arası gənclər;

Yüksək akademik göstəricilərə malik olanlar (4.0 GPA üzrə minimum 3.2, yaxud 100 ballıq sistem üzrə ən azı 85 bal);

Ailə üzvlərinin adambaşına düşən aylıq gəliri 500 AZN-dən az olanlar (maliyyə sənədləri təqdim edilməklə);

Azərbaycandakı ali təhsil müəssisələrinin məzunları.

Müraciət qaydası

Ərizə formasını “Huma Quşu” Fondunun rəsmi saytından yükləmək mümkündür:

🔗 https://humagushu.az/az/Apply

Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz:

🔗 https://humagushu.az/az/essay

Bununla yanaşı, aşağıdakı sənədlərin humagushufund@gmail.com elektron poçt ünvanına (mövzu hissəsində “Humayın təhsil ADAsı” qeyd olunmaqla) göndərilməsi tələb olunur:

Ən yeni qiymət cədvəli

Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

Ailə tərkibi haqqında arayış

Qeyd edək ki, bütün sənədlər bir elektron məktubda, mövzu hissəsində proqramın adı yazılaraq göndərilməlidir. Sənədlər olmadan təqdim edilən müraciətlər natamam hesab ediləcək.

Seçim mərhələləri

Təqaüd müsabiqəsi aşağıdakı mərhələlər üzrə keçiriləcək:

Təqdim olunmuş müraciət və sənədlərin qiymətləndirilməsi

İntervü

Qaliblərin elan olunması

❗ Elektron müraciətlərin son təqdimetmə tarixi: 15 aprel 2026-cı il.

Seçim mərhələləri və proseslə bağlı yenilikləri fondun rəsmi saytından izləmək mümkündür. Əlavə suallar üçün humagushufund@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.