Humayın "Xəyaldan gerçəyə" təqaüd müsabiqəsinə start verilir

“Huma Quşu” Təhsilə Yardım Fondu gənclərin akademik inkişafına dəstək olmaq və onların təhsil arzularını reallaşdırmaq məqsədilə Humayın "Xəyaldan gerçəyə" təqaüd müsabiqəsini yenidən elan edir.

Müsabiqə Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçündür. Seçiləcək 6 qalibin hər birinə 2500 AZN məbləğində təqaüd təqdim olunacaq.

Təqaüd üçün kimlər müraciət edə bilər?

• Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;

• Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;

• Yüksək akademik göstəricisi olanlar;

• Ailə üzvlərinin gəliri adambaşına 600 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələri “Huma Quşu” Fondunun saytından yükləmək mümkündür: https://humagushu.az/az/Apply

Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz: https://humagushu.az/az/essay

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.com elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

• Ən yeni qiymət cədvəli

• Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

• Ailə tərkibi haqqında arayış

• Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait: (Linkdəki nümunədən istifadə edərək excell cədvəl hazırlamaqla: https://shorturl.at/ctXly)

Vacib şərtlər:

• Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

• Bütün sənədlər 1 ELEKTRON MƏKTUBDA göndərilməlidir. Əgər hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq BİRLİKDƏ göndərilməlidir. Əks təqdirdə müraciət qəbul edilməyəcək.

• Sualların cavablandırılması zamanı AI alətlərindən (ChatGPT, Gemini, Claude, Jasper AI və s.) istifadə olunmamalıdır.

• Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.

Son tarix və seçim mərhələləri:

• E-ərizələrin son təqdimetmə tarixi: 15 dekabr 2026-cı il

• Seçim mərhələləri:

1. Təqdim olunan sənədlərin müzakirəsi

2. Müraciətlərin qiymətləndirilməsi

3. İntervü

4. Qaliblərin elan olunması

Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləyə, müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz.