“Huma Quşu” Fondu Humayın təhsil ADAsı təqaüd proqramına start verir

“Huma Quşu” Təhsilə Yardım Fondu ADA Universiteti ilə birlikdə sözügedən universitetdə magistr təhsili almaq istəyən tələbələr üçün Humayın təhsil ADAsı təqaüd proqramını elan edir.

Bu proqram çərçivəsində 3 nəfər 5000 AZN məbləğində təqaüdlə mükafatlandırılacaq.

Qaliblərin aşağıdakı ixtisaslardan birində təhsilini davam etdirməsi nəzərdə tutulur:

İngilisdilli ixtisaslar

  • Diplomatiya və beynəlxalq münasibətlər
  • Dövlət idarəetməsi
  • Təhsil üzrə menecment
  • Təlim və tədrisin təşkili və metodikası
  • Kənd təsərrüfatı və qida sistemləri üzrə menecment (İtaliyanın Bolonya Universiteti ilə birgə)
  • Qlobal Menecment və Siyasət (İtaliyanın Luiss Universiteti ilə birgə)
  • Menecment (Heyətin idarə edilməsi)
  • Hüquqşünaslıq

Azərbaycandilli ixtisaslar

  • Dövlət idaəretməsi
  • Təhsil üzrə menecment
  • Təlim və tədrisin təşkili və metodikası

Təqaüd üçün kimlər müraciət edə bilər?

Azərbaycanda və xaricdə yaşayan, Azərbaycan vətəndaşı olan 16-35 yaşlı gənclər;

Yüksək təhsil nəticələrinə malik olanlar (4.0 GPA üzərindən 3.2 bala malik və ya 100 ballıq sistemdə ən az 85 bal toplayanlar);

Ailə üzvlərinin gəliri adambaşına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Azərbaycandakı universitetlərin məzunları

Təqaüdə necə müraciət etmək olar?

Ərizələri “Huma Quşu” Fondunun saytından (https://humagushu.az/az/Apply) yükləmək mümkündür.

Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - https://humagushu.az/az/essay

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.com elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

1. Ən yeni qiymət cədvəli

2. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

3. Ailə tərkibi haqqında arayış

4. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://t.ly/rzJBp)

Qeyd olunan sənədlərin hamısı bir elektron məktubda, mövzu hissəsində proqramın adı (Humayın təhsil ADAsı) yazılaraq göndərilməlidir.

Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

E-ərizələrin son təqdimetmə tarixi: 15 aprel 2025-ci il

Seçim mərhələləri:

  • Təqdim olunan müraciət və sənədlərin müzakirəsi
  • İntervü
  • Qaliblərin elan olunması

Qeyd edək ki, intervüyə çağırılan şəxslərdən 2 tövsiyə məktubu tələb olunacaq. Azərbaycanda təhsil alan tələbələrin tövsiyə məktubları Azərbaycan dilində, xaricdə təhsil alanların tövsiyə məktubları isə ingilis dilində olmalıdır.

Təqaüd müsabiqəsinin seçim mərhələlərini saytımızdan izləyə bilərsiniz. Müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz.