Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün növbəti dəfə Humayın “Xəyaldan gerçəyə - Payız çağırışı” təqaüd müsabiqəsini elan edirik.

Müsabiqədə uğur qazanacaq 4 şəxs hər biri 2500 AZN məbləğindəki təqaüdlə mükafatlandırılacaq.

Müsabiqənin şərtləri

Təqaüd üçün kimlər müraciət edə bilər?

Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşları;

Müraciət etdikləri vaxt 16-35 yaşı olan şəxslər;

Yüksək akademik göstəricisi olanlar;

Ailə üzvlərinin gəliri adambaşına 500 AZN-dən az olanlar (maliyyə sənədlərini təqdim etməklə).

Təqaüdə necə müraciət etmək olar?

Ərizələri “Huma Quşu” Fondunun saytından (https://humagushu.az/az/Apply) yükləmək mümkündür.

Onlayn müraciət formatında cavabların “saxlanılması” üçün onları əvvəlcədən hazırlayıb müraciət formasını doldura bilərsiniz - https://humagushu.az/az/essay

Sualların cavablandırılması ilə yanaşı humagushufund@gmail.com elektron poçt ünvanına (mövzu hissəsinə təqaüdün adını yazmaqla) aşağıdakı sənədlərin göndərilməsi tələb olunur:

1. Ən yeni qiymət cədvəli

2. Maliyyə sənədləri (ailə üzvlərinin gəliri barədə sənəd) və/və ya iş yerindən arayış (əməkhaqqı göstərilməklə)

3. Ailə tərkibi haqqında arayış

4. Təhsil xərclərini qarşılamaq üçün lazım olan vəsait (https://h1.nu/1gzql)

⚠️ Sənədlər olmadan edilən onlayn müraciətlər natamam hesab olunacaq.

⚠️ Bütün sənədlər 1 ELEKTRON MƏKTUBDA göndərilməlidir. Əgər hər hansı sənəddə düzəlişə ehtiyac yaranarsa, bütün sənədlər yenidən bir məktuba əlavə olunaraq BİRLİKDƏ göndərilməlidir. Əks təqdirdə müraciət qəbul edilməyəcək.

⚠️ Sualların cavablandırılması zamanı AI alətlərindən (ChatGPT, Gemini, Copilot, Jasper AI və s.) istifadə olunmamalıdır.

⚠️ Kart üzrə hesabdan çıxarış maliyyə sənədi hesab edilmir.

📅 Elektron ərizələrin son təqdimetmə tarixi:15 dekabr 2025-ci il

Seçim mərhələləri:

  • Təqdim olunan müraciət və sənədlərin müzakirəsi
  • İntervü
  • Qaliblərin elan olunması

Təqaüd müsabiqəsinin seçim mərhələlərini fondun saytından izləyə, müraciət prosesi barədə əlavə məlumat üçün humagushufund@gmail.com ünvanından müraciət edə bilərsiniz. Müsabiqənin nəticələri 2026-cı il fevral ayının əvvəllərində açıqlanacaq.